Çox keçmədi ki, BNB Dynamics-dən ayrılası oldum . Çox gözəl kollektiv və yaradıcı uşaqlardır hamısı. Hamısının xətrini çox istəyir, hörmət edirəm.

BNB Dynamics-də ilk olaraq Azərbaycanın süni intellektə sahib olan robotunu istehsal etdik. Paşa “super gücləri” ilə robota hərəkət və səs bəxş etdi. Robotun konseptini də onunla bir yerdə işlədik. Modelləmsini mən etdim, amma ki bağlanma yerlərinin müəyyənləşməsində çox kömək etdi mənə.  Modellədikdən sonra hissələrini Anet A6 və Creality CR-50 printerlərində çap etdik. Çox gözəl iş alındı…

Ələxsus, BNB Dynamics-dən ayrılası oldum. Az miqdarda pulum vardı və getdim Creality CR-10 mini aldım. Filamentə hələ də ehtiyacım var 🙂 . Bir sıra test printlər etdim. Onların bəzilərinə baxa bilərsiniz.

Biznes qurmağa başlamaq lazımdır fikirləşirəm. Hamımıza uğurlar, Günəbaxan! 😉